XƏBƏRLƏR

11.10.2019 15:56
“Pulsuz”da oxuyanların ən çox qəbul olunduğu Azərbaycan universitetləri - RƏSMİ  

2018-ci ildə tələbə qəbulu müsabiqəsində dövlət sifarişli yerlərə qəbulolma üzrə ən yüksək göstərici Azərbaycan İlahiyyat İnstitutu (100.00%), Bakı Ali Neft Məktəbi (99.35%) və Azərbaycan Tibb Universitetinə (86.36%) aiddir.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Ötən il Azərbaycan İlahiyyat İnstitutu dövlət büdcəsinin vəsaiti hesabına təhsil almaq üçün 60 nəfər tələbə qəbul etmək imkanına malik olub. Bu yerlərdən 35-i bilavasitə onun inhisarında olan, 25-i isə digər ali təhsil müəssisələrinin də iddialı olduqları birgə müsabiqə üçün ayrılan yerlər idi. Azərbaycan İlahiyyat İnstitutunun digər ali təhsil müəssisələri ilə birgə iştirak etdiyi müsabiqələrdə 25 nəfər qalibin 25-i də təhsilini davam etdirmək məqsədilə məhz bu ali təhsil müəssisəsini seçib. Bunun əsas səbəbi bu ali təhsil müəssisəsinə dövlət sifarişi üçün ayrılan yerlərin müsabiqə şərtlərinin digər təhsil müəssisələrindən aşağı olmasıdır.

Bakı Ali Neft Məktəbi dövlət büdcəsinin vəsaiti hesabına təhsil almaq üçün 155 nəfər tələbə qəbul etmək imkanına malik olub. Bu yerlərin hamısı digər ali təhsil müəssisələrinin də iddialı olduqları birgə müsabiqə üçün ayrılan yerlər idi. Digər ali təhsil müəssisələri ilə müsabiqədə Bakı Ali Neft Məktəbi böyük üstünlüyə malik olub və 155 nəfər qalibdən 154-ü təhsilini davam etdirmək məqsədilə məhz bu ali təhsil müəssisəsini seçib.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu