Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 14:43:00
Elektron, yoxsa ənənəvi kitab?  

Hazırda elektron kitabların üstünlüyündən bəhs edən məlumatlar çoxdur. Çoxu belə izah edir ki, bu kitabları  əlavə “yük” kimi çantada  daşımağa ehtiyac yoxdu, onu istənilən vaxt, istənilən məkanda telefondan və başqa cihazlardan oxumaq olur.

Fikrimcə, əgər elektron kitab ilə kağız kitab arasında seçim etməkdə çətinlik çəksəniz, ikincini seçin.

AzEdu.az çap kitablarının elektron kitablardan daha yaxşı olduğunu göstərəcək bir neçə maddəni təqdim edirik.

Klassik kitab oxuyucuları oxuduqları hər hansı mətni  elektron kitab oxuyanlardan daha yaxşı xatırlayırlar.  Çap kitabları səhifələri çevirdikcə oxuyucuya irəliləmə duyğusu verməklə yanaşı, oxuduğu məlumatı daha yaxşı qavramaq üçün öyrənmənin açarı olan diqqəti də təmin edir. Məsələn, elekton bir məlumatı oxuyan zaman gələn mesaj, zəng, sosial şəbəkələrə olan bağlılıq diqqəti yayındırır. Amma kitab oxuyanda bu kimi şeylərdən tamamilə təcrid olunursunuz.

Məlumdur ki, gecələr kitab oxumaq rahat yatmağa kömək edir.  Lakin  elektron kitablarda bu mümkün deyil. Çünki müxtəlif oxuyucu vasitə ekranlarından düşən şüa gözlərə qıcıqlandırıcı təsir göstərir və yuxu rejiminin pozulmasına səbəb olur.

Adətən kitab oxumaq stressi, gərginliyi azaldır. Daha çox bizi narahat edən mövzular haqqında kitab oxuyanda mənəvi cəhətdən rahatlıq hiss edirik. Amma bu rahatlığı elektron kitab oxuyanda qazanmaya bilərik. Çünki elektron cihazlar yaddaşsızlıqla yanaşı, yüksək stress və depresiya yaradır.

Ayşə Müseyib