Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 13:57:00
Çinli alimlər Tarix Muzeyində olublar

Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun nümayəndələri Bao Yi və Yan Tszin AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Milli Azərbaycan Tarixi Muzeyindən AzEdu.az-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, akademik Nailə Vəlixanlı iki ölkə arasında elmi əlaqələrin əhəmiyyətindən danışıb.

Akademik N.Vəlixanlı muzeyin tarixi və fəaliyyəti, görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında ətraflı məlumat verib.

Sonra elmi əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Çinli alimlərə muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə olunub.