Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 11:33:00
UNEC XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində təmsil olunub - FOTO

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) XIII Azərbaycan Beynəlxalq Təhsil sərgisində təmsil olunub.

UNEC-dən AzEdu.az-a bildirilib ki, stenddə ziyarətçilərin universitetdəki bakalavr və magistr təhsili üzrə ixtisaslar, ABŞ-ın və Avropanın aparıcı universitetləri ilə ikili diplom, mübadilə, eləcə də xüsusi təqaüd proqramları barədə sualları cavablandırılıb. UNEC-də dizayn ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət rəsmlər, həmçinin tələbə dizaynerlərin rəsmdə çəkdikləri libasları canlı olaraq nümayiş etdirmələri xüsusi marağa səbəb olub.