Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 11:43:36
Bu qədər müəllim imtahanlarda qayda pozuntusuna yol verib – Fənlər üzrə göstərici  

2018-ci ildə keçirilən imtahanlarda qayda pozuntusuna yol verənlərin 17,1%-i ibtidai təhsil, 14,2%-i ingilis dili, 13,8%-i tarix, 12,7%-i ana dili və ədəbiyyat, 6,9%-i kimya, 4,4%-i əmək təlimi müəllimləridir.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Təhlil göstərir ki, imtahanlarda ana dili və ədəbiyyat, idman, əmək, ibtidai təhsil, ingilis dili ixtisaslı müəllimlər riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya ixtisaslı müəllimlərə nisbətən qayda pozuntusuna daha çox yol verirlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları