Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 11:10:00
Uşaqlı müəllimlərin hansı əlavə və sosial məzuniyyət hüquqları var? -Qanunvericilik  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi bəzi rayonlardan olan namizədlər üçün başa çatıb.

Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Uşaqlı müəllimlərin hansı əlavə və sosial məzuniyyət hüquqları var?

Cavab:

AzEdu.az  Əmək Məcəlləsinə istinadən xəbər verir ki, müəllimlərə sosial məzuniyyət olaraq  minimum 126, maksimum isə 140 gün ödənişli  analıq məzuniyyəti verilməlidir.

Bundan əlavə, eyni maddənin birinci hissəsinə görə, 14 yaşınadək iki uşağı olan qadınlara 2, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 gün müddətində əlavə məzuniyyətin verilməsi nəzərdə tutulub

Qanunvericilikdə övladını təkbaşına böyüdən kişilər də nəzərdə tutulub. Qaydalara görə, uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ var.

Təqvim ilinin sonunadək müəllimin uşaqlardan birinin 14 yaşı tamam olarsa, onun bu məzuniyyət hüququ məhdudlaşdırılır.

Qeyd edək ki, rayonlar üzrə sonuncu müsahibələr sentyabrın 21-dək davam edib. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları