Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 09:44:00
Tez yuxuya getməyə kömək edən meyvə açıqlandı

Hər gecə çox sayda insan yuxuya getməkdə problem yaşayır.

AzEdu.az-ın “MedikForum”a istinadən məlumatına görə, Taybey Tibb Universitetininin araşdırmaçıları müəyyən edib ki, kivi meyvəsi insana daha tez yuxuya getməsində kömək olur.

 4 həftə davam edən eksperiment ərzində 24 könüllü yatmağa getməmişdən bir saat əvvəl iki ədəd kivi yeyib. Araşdırmanın sonunda məlum olub ki, kivi qəbul edən insanlar, yatmazdan əvvəl heç nə yeməyənlərdən fərqli olaraq, 42% daha tez yuxuya gedir. Bundan əlavə, birincilərin gecə yuxusunun keyfiyyəti təxminən 5%, yuxunun ümumi davamlılıq müddəti isə 15% artıb.

Araşdırmaçılar qeyd edir ki, kivinin tərkibində olan “sehrli” inqredient – serotonindir. Bu maddə beyində yuxu-ayıqlıq siklini tənzimləyir.