Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-10 15:47:12
Öldürülən tələbənin qrup yoldaşları AzEdu.az-a danışdı: “Cavid çox məsuliyyətli və uğurlu gənc idi”

23 yaşlı Azərbaycan vətəndaşı Cavid Hacıyev Ukraynada müəmmalı şəkildə qətlə yetirilib. Hadisənin hansı səbəbdən baş verdiyi və qətlin təfərrüatları hələlik dəqiq məlum deyil.

Cavid Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetində magistratura səviyyəsi üzrə II kursda təhsil alıb.

Tələbənin qrup yoldaşları onla bağlı xatirələrini AzEdu.az-la bölüşüblər.

Camal Ağayev AzEdu.az-a açıqlamasında bildirib ki, Cavid haqqında həddindən artıq çox şey danışmaq olar:

“Cavid çox qabiliyyətli və mübariz insan idi. Bu cür insanın ölümünə sadəcə heyifslənirəm. Bu hadisə qrup yoldaşları olaraq hər birimizə çox pis təsir etdi. Cavid işində də çox məsuliyyətli və uğurlu gənc idi. Demək olar, hər il universitetdə baş tutan bal rəqslərini professional təşkil edirdi və tələbələrə  rəqs etməyi mükəmməl şəkildə öyrədirdi”.

Cavid Hacıyevin digər qrup yoldaşı Şamxal Quliyevin sözlərinə görə, Cavid çox sakit biri olub:

“Onun heçkimlə  işi olmazdı. Dərsə gedib-gəlirdi, öz işiylə məşğul idi. Belə hadisənin niyə baş verdiyini heç cür anlaya bilmirəm. Nə demək olar,Allah rəhmət eləsin”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları