Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-10 11:31:45
“Bu sərginin tək Azərbaycana yox dünya təhsili üçün mühüm əhəmiyyəti var” - Türkiyənin Təhsil naziri  

"Belə bir təhsil sərgisinin tək Azərbaycana yox dünya üçün mühüm əhəmiyyət daşıdığını düşünürəm".

AzEdu.az xəbər verir ki, bu sözləri Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk Bakıda keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimində deyib:

"Belə bir təhsil sərgisinin tək Azərbaycana yox dünya üçün mühüm əhəmiyyət daşıdığını düşünürəm. Bu gün təhsil məhəlli yox dünya xarakter daşıyır. Buna görə də belə sərgilər mühüm əhəmiyyət daşıyır. Bu cür sərgilərdə istər tələbə və abituriyentlər xarici təhsil haqda məlumat alırlar. Bu gün Türkiyədə 18 milyon təhsilalan var. Onların yüksək təhsil almaları üçün dünya təhsil sistemini yaxından izləyirik. Burdakı fəaliyyətin dəbi baxımdan uğurlu olacağına ümid edirəm".