Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-08 12:43:00
Tələbələrə şad xəbər-“Təqaüdlər sabah veriləcək”  

Artıq oktyabrın 8-i olsa da bir çox universitetlərdə, nəinki, sentyabr, heç, iyun-iyul ayının təqaüdləri köçürülməyib.

AzEdu.az məsələnin aktuallığını nəzərə alaraq bir neçə ali məktəblə əlaqə saxlayıb:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru  Bəhruz Nəzərov, təqaüdlərin hər ayın sonu tələbələrin hesablarına köçürüldüyünü deyir:

“Bizim universitetdə ardıcıl olaraq, hər ayın sonu ödənilir. Sentyabr ayının təqaüdləri də  həftənin sonuna kimi tələbələrin kartlarına köçürüləcək”.

Azərbaycan Tibb Universitetinin mətbuat katibi  Günel Aslanova həftənin 5-ci gün təqaüdlərin köçürüləcəyini bildirdi:

“Təqaüdlərin gecikməsinə səbəb Maliyyə Nazirliyi tərəfindən universitetlərin hesabına vəsaitin gec köçürülməsidir. Bu gün səhər lazımı məbləğ universitetin hesabına oturub. Artıq həftənin beşinci gün təqaüdlər tələbələrin hesablarını köçürüləcək”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri  Nəcibə Mirzəyeva bu həftə ərzində tələbə təqaüdlərinin köçürüləcəyini bildirdi:

“Əksər ali məktəblərdə təqaüdlər gecikdirilib. Maliyyə Nazirliyi tərəfindən  universitetlərin hesablarına pul təzə köçürülüb.  Bu həftə ərzində tələbələr həm yay, həm də sentyabr ayının təqaüdlərini ala biləcəklər”.

Azərbaycan Dillər Universitetinin ictimaiyyətlər əlaqələr şöbəsinin rəhbəri Ağa Cəfərli təqaüdlərin sabah köçürüləcəyini deyir:

“Təqaüdlər sabah veriləcək. Sabahdan tələbələr təqaüdlərini ala bilərlər”.

Azərbaycan Dövlət İqtisad Universitetinin  Mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova təqaüdlərin müəyyən səbəbdən gecikdiyini. ən gec gələn həftə tələbələrin hesablarına köçürüləcəyini bildirdi:

“Təqaüdlər hələ köçürülməyib. Müəyyən səbəblərdən ləngimələr olsada, təqaüdlər bu həftənin sonu, ən geci gələn həftə tələbələrin hesablarına köçürüləcək”.