Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-08 12:30:00
Deputat yeni Baş Nazirdən danışdı:  “Mənim müəllimim olub, onun ideyaları ilə tanışam”

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov bu gün istefa verib.

Milli Məclisin bu gün keçirilən iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən, Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirə olunaraq qəbul edilib.

AzEdu.az xəbər verir ki, iclas zamanı millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, Ə. Əsədov iqtisadiyyatın əsaslarını bilir:

“Əli Əsədov ali məktəbdə mənim müəllimim olub, onun ideyaları ilə tanışam”.