Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-08 12:00:00
BMU-nun professoru beynəlxalq konfransda məruzə ilə çıxış edib

Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının professoru Əyyub Quliyev Rusiya Federasiyasının Kazan şəhərində keçirilən “Yerətrafı astronomiya və kosmik miras”  adlı beynəlxalq elmi konfransda iştirak edib.  Sayca 11-ci dəfədir təşkil olunan budəfəki konfransda astrofizikanın müasir problemləri müzakirəyə çıxarılıb.

AzEdu.az xəbər verir ki, beynəlxalq tədbirdə professor Ə.Quliyev “Müxtəlif siniflərə mənsub kometlərin müəyyən olunmasında Günəş aktivliyinin rolu” mözusunda məruzə ilə çıxış edib.  Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan tədqiqat işi  dövri və uzundövrlü kometlərin Günəş fəallığının fazaları üzrə paylanmasını müəyyən etməklə yanaşı, komet kosmoqoniyasının qurulmasında elmə məlum olmayan nəticələrin əldə edilməsinə işıq tutur. Məruzə konfrans materialları məcmusunda çap olunacaq.

Qeyd edək ki, kometlərin mənşə probleminə həsr olunmuş  tədqiqat işində professor Ə. Quliyevin rəhbərliyi ilə Fizika kafedrasının dissertantı Həzi Qasımov da yaxından iştirak edir.