Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-08 10:50:00
Akademik məzuniyyətdə olan tələbə transferdə iştirak edə bilər? -CAVAB

Artıq bir neçə ildir, təhsilalanların  ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi uğurla həyata keçirilir.

Bəs müəyyən səbəblərdən akademik məzuniyyət götürərək təhsilini donduran tələbə transferdə iştirak edə bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Eldar Azadov  bildirib ki, akademik məzuniyyət götürmüş tələbə universitetə bərpa olunandan sonra köçürülmədə iştirak edə bilər.

“Akademik məzuniyyətdə olan şəxs bərpa olunana qədər tələbə statusunu daşımır. O, universitetdən xaric olunmuş hesab olunur. Buna görə də transferdə iştirak edə bilməz. Bərpa olunduqdan sonra semester imtahanlarının sonunda adi qaydada, transfer.az saytından qeydiyyatdan keçərək köçürülmə prosesində iştirka edə bilər”.

Ayşə Müseyib