Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-07 14:45:00
NASA-dan açıq kosmosda əməliyyat  

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) kosmonavtları Kristina Kuk və Endrü Morqan dünən Beynəlxalq Kosmik Stansiyasında batareyaları dəyişmək üçün açıq kosmos ekspediyasını uğurla başa vurublar. 

AzEdu.az TASS-a istinadən xəbər verir ki, əməliyyat NASA tərəfindən canlı yayımlanıb. 

Əməliyyat planlaşdırılan vaxtdan yarım saat artıq, təxminən, yeddi saat davam edib və ABŞ-ın Şərq sahilində yerli vaxtla gecə saat 02:40-da başa çatıb.

Əməliyyata cəlb olunan manipulyatoru stansiyadan Cesika Meyr idarə edib. 

Kosmonavtlar köhnə hidrogen-nikel hüceyrələrinin yerinə iki yeni litium-ion batareyası quraşdırmağa başladılar. 16, 21 və 25 oktyabrda kosmik yollarda yeni batareyaları quraşdırmağa davam edə biləcəklər.