Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-07 13:29:00
ABŞ-da oxuyan doktorantdan Murad Dadaşova etiraz: "Burda ona sərt reaksiyalar var, axı nə bilsin ki..."

“Murad Dadaşovun neft və xalqla bağlı bəyanatına çox sərt və doğru reaksiyalar var”

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında Vaşinqton Universitetinin Sosial İş üzrə doktorantı, Azərbaycan Sosial İş İctimai Birliyinin sədri Aytəkin Hüseynli deyib.

 Aytəkin Hüseynli  digər ölkələrdə təbii sərvətlərin dividendindən əldə olunan gəlirlərin sakinlərə paylanılmasından da söz açıb:

“Murad Dadaşovun neft və xalqla bağlı bəyanatına çox sərt və doğru reaksiyalar var. Amma o da nə bilsin ki, dünyanın bir çox ölkəsində sadəcə yaşadığın ərazidə neft çıxdığı üçün heç nə etmədən pay ala bilərsən. Məsələn, Alyaskada hər il sakinlərə təbii sərvətlərin dividendindən əldə olunan gəlirdən 2075dollar ödəyirlər və onlar bunun üçün heç nə etmirlər. Eyni növ yanaşma Kanadanın Alberta əyalətində də var. Onlar da neft dividendlərindən sakinlərə hər il pay ödəyirlər. Məbləğ isə hər il toplam gələn gəlirin məbləğindən asılı olaraq dəyişir”.

Qeyd edək ki, tanınmış şoumen, “M Group Production” şirkətinin prezidenti Murad Dadaşovun “Popumuz var” verilişində dediyi sözlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Xalq artisti neft haqqında maraqlı fikir irəli sürüb. O, sovet dövrü ilə kapitalizmi müqayisə edərək deyib:

“Qərb ölkələrində varlı insanlara qarşı nifrət yoxdur. Bu nifrəti ancaq sosializm ölkələrində görə bilərsiniz. Bilirsiniz, nə ilə bağlıdır? Sovet dövrünün rejimi kolxoz idi. Hamının nəyi var idisə, ortalığa qoyurdu.

Bir nəfər kolxoz sədri seçilirdi və özünəməxsus şəkildə davam edirdi. İndi isə düşünürlər ki, eyni hüquqa malik idik, necə oldu ki, siz qabağa keçdiniz. Bundan nifrət yaranır. Kimsə varlanırsa, kiminsə pulunu qazanmır. Amma Sovet dövründə hamı bir-birinin pulunu qazanırdı.

Bəzən deyirlər, neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən? Sən də istedadını göstər. keç önə”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları