Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-07 13:00:00
Azərbaycanda ən çox bu 4 ixtisas üzrə təhsil xərcləri artırılıb - 20 faiz

Azərbaycanda bakalavriat səviyyəsində ən bahalı  ixtisaslar üzrə təhsil xərcləri 20 faizdən çox artırılıb.

AzEdu.az APA-ya istinadən məlumat verir ki, bu, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.

Sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində solo oxuma, dirijorluq, bəstəkarlıq və musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 1380 manat artırılaraq 6 min 820 min manatdan 8 min 200 manata qaldırılıb.