Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-07 09:21:00
Gəncədə uşağını bağçadan götürməyə gedən gənc qadın itkin düşüb

Gəncədə 26 yaşlı qadın itkin düşüb.

AzEdu.az-ın  xəbərinə görə, hadisə oktyabrın 4-də şəhərin Z.Bünyadov küçəsində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Aysel Ələkbərova yaşadığı mənzildən azyaşlı uşağını bağçadan götürmək adı ilə çıxıb, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə şəhər Kəpəz Polis Şöbəsi tərəfindən araşdırma aparılır.