Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-05 13:55:00
İcra başçısı “İlin gənc müəllimi” müsabiqəsinin qalibini təltif edib

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Cəlilabadda tədbir keçirilib.

AzEdu.az-ın  xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək, ölkədə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev müəllim peşəsinə, müəllim əməyinə həmişə yüksək qiymət verib. Ulu öndərin bu siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan dövlət siyasəti məktəbə və müəllimə qayğının bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən qlobal tədbirlər Cəlilabad rayonunda da səmərəli nəticələr verib: “Əgər 1980-2003-cü illəri əhatə edən 23 il ərzində rayonda cəmi 8 məktəb inşa olunmuşdusa, 2004-cü ildən sonrakı illərdə 30-dan çox məktəb tikilib istifadəyə verilib. Təhsil infrastrukturunun yenidən qurulması çərçivəsində 10 kənddə modul tipli məktəblərinin inşası başa çatdırılıb. Həmçinin Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, 5 kənddə isə modul tipli məktəbin tikilməsi nəzərdə tutulub. Bütün bunlara görə rayon ictimaiyyəti Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ürəkdən minnətdardır”. 

Tədbirin sonunda 5 müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub. Fəxri fərmanla təltif olunanlar arasında ölkə üzrə “İlin gəc müəllimi 2019” müsabiqəsinin qalibi, rayonun Alar kənd 2 saylı orta məktəbinin müəllimi Elçin Abbasov da var.