Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-05 10:54:00
Musiqi məktəbində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş konsert təşkil edilib

Oktyabrın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 36 nömrəli uşaq musiqi məktəbində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş konsert keçirilib.

AzEdu.az xəbər verir ki, konsertdə Azərbaycan bəstəkarlarından F.Əmirov, Niyazi, A.Məlikov, V.Adıgözəlov, E.Sabitoğlu, O.Rəcəbov və xarici ölkə bəstəkarlarından M.Şmits, G.Sviridov və M.Moşkovskinin əsərləri səsləndirilib.

Sonda məktəbin direktoru Oqtay Muxtarov çıxış edərək müəllimləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.