Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-05 12:33:00
Buraxılış və qəbul imtahanları ilə bağlı materialların hazırlanmasına başlanıldı

30 sentyabr–4 oktyabr tarixlərində ingilis dili, Azərbaycan dili, ədəbiyyat, alman dili, fransız dili, kimya, fizika, rus dili (tədris dili və xarici dil kimi), ədəbiyyat (rus bölməsi), ərəb dili, fars dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənlərindən imtahanların məzmunu ilə bağlı materialların hazırlanması üçün işçi qruplar yaradılıb.

AzEdu.az xəbər verir ki, işçi qruplar tərəfindən buraxılış və qəbul imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlara yenidən baxılması və proqramların təkmilləşdirilməsi, yeni tapşırıq nümunələrinin tərtib edilməsi üçün bölgü aparılıb.

Növbəti həftə işçi qruplar müzakirələri davam etdirəcək.