Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-04 17:30:00
"Artım daha çox maaşı aşağı olan işçilərə təsir göstərib" -  Vitse-prezidenti

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının maaşı Nazirlər Kabinetinin müvafiq qərarı ilə artırılıb”.

AzEdu.az xəbər verir ki, bunu APA-ya AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, bu artım daha çox AMEA-da çalışan əmək haqqısı aşağı olan işçilərə təsir göstərib.

“Ümumilikdə isə əmək haqlarında artım akademiya sistemində çalışanların hamısında var. Azərbaycan Prezidenti daim ölkə vətəndaşlarına, o cümlədən, elm və təhsil işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair qərarlar qəbul edir. Akademiyanın alimləri də daim bunu minnətdarlıqla qarşılayırlar”, - deyə o vurğulayıb.