Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-04 14:30:00
Bir məktəbdə yaş həddinə çatmış neçə müəllimin müqavilə müddəti uzadıla bilər? – Bu qədərdən artıq ola bilməz  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı çalışmanın yaş həddi ilə bağlı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Bir məktəbdə çalışmanın yaş həddinə çatmış neçə müəllimin müqavilə müddəti uzadıla bilər?

Cavab:

AzEdu.az Əmək Məcəlləsinə istinadən xəbər verir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 65 yaşına çatmış müəllimin həmin məktəbdə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına isə yol verilmir.

Məktəbdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

Məktəbin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Məktəb işçilərinin sayı 100-dən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Məktəbdə işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları