Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-03 12:11:00
Dövlət İmtahan Mərkəzində  növbəti SAT imtahanı keçiriləcəkdir

2019-cu il oktyabrın 5-də Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcəkdir.

 AzEdu.az xəbər verir ki,  imtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 07.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahanın müddəti 3 saat 45 dəqiqədir.