Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 11:17:00
30 illik elmi yaradıcılıq yolu olan fədakar müəllim

 

 Azərbaycanda elmi ictimaiyyət arasınada qadınların diqqətçəkən çəkisi  və  yeri vardır. Azərbaycan qadını bütün sahələrdə olduğu kimi, elm və tədris sahəsində də öz sözünü deməkdədir. Belə qadınlardan biri də çoxşaxəli elmi pedoqoji fəaliyyəti ilə Azərbaycan elm və təhsilinə mühüm töhfə verən Hacıyeva Mina Telman qızıdır. Mina Hacıyevanın bu fəliyyətini şərtləndirən səbəblər arasında ilk növbədə genetik amil müəyyənedici rol oynayır.Tanınmış alim Muxtar Hacıyevdən başlayan görkəmli bəstəkar və sənətkar Telman Hacıyevlə davam edən bu genetik əlaqə yəqin ki professor Mina Hacıyeva ilə yekunlaşmayacaq. Professor M.Hacıyeva qayğıkeş ailə başçısı, mehriban anadır. Bu gün professor M.Hacıyevanın ailəsində, ali təhsil ocaqlarında təhsil alan, istedadlı vətənpərvər iki övlad  böyüyür. Yəqin ki, yaxın gələcəkdə onların da daha böyük uğurlarının şahidi olacağıq.

    Professor, fəlsəfə elmləri doktoru  Hacıyeva Mina Telman qızı 1987-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsini musiqi nəzəriyyəsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
    1994-ci ildə “Azərbaycan musiqisində memorial janrı” mövzusunda BMA-nın elmi şurasında dissertasiya müdafiə etmişdir.

    2008-ci ildə Mina Haciyeva Bakı Dövlət Universitetinin fəlsəfə üzrə müdafiə şurasında mədəniyyət fəlsəfəsi üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
     Rusiya Fəlsəfə cəmiyyəti Azərbaycan bölməsinin sədri, MDB ölkələr Parlamentlərarası Assambleyasinin fərqlənmə nişanı ilə təltif olunmuş, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının Rəyasət heyətinin üzvüdür. “
      Monoqrafik elmi kitablar, məqalələr, dərs vəsaitləri və elmi-metodik dərsliklərin müəllifidir.

         1992-ci ildən indiyə kimi BMA-da “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi”, “İncəsənətin nəzəriyyəsi və tarixi”, “Musiqi tarixi”, “Musiqi menecmenti və müasir musiqi texnologiyaları” kafedralarında müvəffəqiyyətlə çalışmışdır. Hal-hazırda o, həm “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedralarında, həm də BDU-nun Sosial iş kafedrasında  mühazirələr aparır, bakalavr və magistr dissertasiyalarına rəhbərlik edir.

     BDU-nun Sosial iş ixtisasında təhsil alan tələbələrə “Sosial işin nəzəriyyəsi və təcrübəsi”, “Sosial proqramların qiymətləndirilməsi “ və.s fənləri tədris edən professor M.Hacıyeva tələbələrin ümumi dünyagörüşünün formalaşması, sosial işdə artterapiyanın yeri və rolunun tələbələr tərəfindən mənimsənilməsi üçün tələbələri mütəmmadi olaraq dərsdən sonra konsert və sosial sərgilərə aparır, gələcək sosial iş peşə fəaliyyəti üçün bacarıqları onlara həvəslə aşılayır. Professor M.Hacıyeva “Azərbaycan Multikulturalizmi” və “Multikulturalizmə giriş” fənnləri dərs aparmaq üçün sertifikat əldə etmişdir.

         Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutun nəzdində Elmi Şuranın üzvü və sədr müvini  kimi də fəal çalışmış professor M.Hacıyeva özünü elm təəssübkeşi də göstərə bilmişdir.

       Hörmətli professor Mina Hacıyevanı  zəngin elmi-yaradıcılıq fəaliyyətinin 30 illiyi və hesabat yaşı olan 50 illik yubleyi münasibəti ilə  təbrik edir, bu şərəfli ömür yolunda uğurlar, can sağlığı arzulayırıq.

Üzeyir Şəfiyev  

BDU-nun Sosial iş kafedrasının   müdiri,  dosent