Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-30 17:03:42
Müəllim yalnız bu səbəblərdən intizam tədbirlərinə cəlb edilə bilər – Təhsil qaydaları  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı təhsil işçilərinə tətbiq edilə biləcək intizam tədbirləri ilə bağlı veriləcək suallara cavabı təqdim edir:

Sual:

-Müəllim hansı səbəbdən intizam tədbirlərinə cəlb edilə bilər? Ümumiyyətlə, bu tədbirlər nədən ibarətdir?

Cavab:

-AzEdu.az xəbər verir ki, bu barədə məsələlər Əmək Məcəlləsində əksini tapıb. Qanunvericiliyə görə, müəllim əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək qanunvericiliyi və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər.

Amma intizam tənbehi verilməzdən öncə direktor işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Müəllimin  yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

İntizam tənbehi, işçi tərəfindən əmək intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

Intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə  tənbeh verilə bilməz. Bu, məllimə işdə olduğu iş günü ərzində verilməlidir. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirmiş işçiyə bu müddət ərzində intizam tənbehi verilə bilməz

intizam tənbehi əməlin aşkarlandığı vaxtdan 1 ay müddətində verilə bilər.

İntizam tənbehi verilən gündən 6 ay müddətində qüvvədə olur. Bu müddət ərzində işçi yeni bir xata törətməzsə, o, tənbeh almamış hesab olunur.

Müəllimlərə verilən intizam tənbehlərinin isə aşağıdakı növləri var:

-Töhmət vermək,

-S onuncu xəbərdarlıqla şiddətli töhmət vermək,

-Kollektiv müqavilələrdə nəzərdə nəzərdə tutulmuşdurdsa , aylıq əmək haqqının ¼ - i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək,

-Ə mək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ ç “ bəndi ilə ləğv etmək.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları