Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-30 14:20:00
Kimyaçı alimlərimizin təqdimatları beynəlxalq konfransda maraq doğurub

Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və laboratoriya müdiri, kimya elmləri doktoru Asif Məmmədov Türkiyənin İzmir bölgəsinin Çeşmə şəhərində keçirilən perspektiv materialların termofiziki və mexaniki xassələrinə həsr olunmuş 6-cı beynəlxalq konfransda iştirak ediblər.

AzEdu.az xəbər verir ki, institutdan  bildiriblər ki, Türkiyə, Almaniya, Fransa, Braziliya, Slovakiya, Hindistan, Rusiya və digər ölkələrdən nümayəndələrin iştirak etdikləri konfransda müxtəlif təyinatlı yeni materialların (istilik boruları, soyutma sistemləri, kompozitlər, ion mayeləri və s.) xassələrinin eksperimental tədqiqi və nəzəri hesablamalarında, eləcə də kimyəvi proseslərin, o cümlədən biodizelin mikroreaktorda sintezi, nanomayelərə maqnit sahəsinin təsiri, qeyri-xətti istilik və kütlə köçürmələrinin riyazi modelləşməsi üçün istifadə olunan yeni yaxınlaşmalar və üsullar haqqında məruzələr dinlənilib.

Tədbirdə alimlərimizin təqdimatları maraq doğurub.

Müvafiq təşkilat komitəsi tərəfindən növbəti konfransın 2020-ci ildə Almaniyada, 2021-ci ildə isə Azərbaycanda keçirilməsi qərara alınıb. (Azərtac)