Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-28 16:00:00
Təhsil Nazirliyinin elektron xidmətdəki dəyişiklikləri - yenilənən sistemlər, qəbul üçün portallar

AzEdu.az ötən tədris ilində elektron xidmətlər üzrə edilən yenilik və dəyişikliklər barədə məlumatı təqdim edir:

-2018/2019-cu dərs ilində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib, onlayn ərizə qəbulu Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edib;

-“Bakı şəhəri ümumi təhsil məktəblərinə və liseylərə onlayn qəbul sistemi”ndə yeni funksionallıq (“Məktəbəqəbul” portalına Təhsil Nazirliyinin tabeliyində olan Təhsil Şöbələrinin, 5-ci sinfə qəbulu və “xüsusi təhsil” təhsil formasına inteqrasiyalarının əlavə olunması”) yaradılıb;

-“Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi” “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın “Elektron Məlumat İdarəetmə sistemi”nə inteqrasiyası edilib;

-“Köçürülmə” və “Diplom blanklarının təhsil müəssisələrinə verilməsi və həqiqiliyinin yoxlanılması” portalları üçün Dövlət İmtahan Mərkəzinin “Tələbə-Məzun” bazasından avtomatlaşdırılımış veb servis proqram təminatı alınaraq cari sistemlərə inteqrasiya edilib;

-Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyn edilməsi sistemi yenilənib;

-Hökümətlərarası təqaüd proqramı elektron sənəd sistemi yenilənib;

-Məktəbdənkənar təhsil elektron platforması yaradılıb;

- www.sabah.edu.az veb-səhifəsinin funksionallığı artırılıb və SABAH Qrupları üçün müəllim qəbulu portalı (www.teacher.sabah.edu.az) hazırlanıb.

AzEdu.az Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısını təqdim edir:

www.ani.edu.az – Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanması;

www.transfer.edu.az – Ali təhsil müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi;

www.e-gov.az – Təhsil sənədlərin həqiqiliyinin onlayn yoxlanılması;

www.mektebeqebul.edu.az – Məktəbəhazırlıq qruplarına və I sinfə elektron sənəd qəbulu sistemi;

www.miq.edu.az – Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu və imtahan nəticələri haqda məlumat verilməsi;

www.student.sabah.edu.az – SABAH qrupları üçün müəllim qəbulu portalı;

www.teacher.sabah.edu.az – SABAH qrupları üçün müəllim qəbulu portalı;

www.dq.edu.az – Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin diaqnostik qiymətləndirilməsi üçün müraciətlərin və sənədlərin qəbulu.