Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-26 10:08:00
Dərs ilinin əvvəlində müəllim və valideynlərin ən çox üzləşdikləri problem–Çıxış yolu

 

 Hər dərs ili yaşadığımız ən böyük çətinlik uşaqların dərsə gecikmələridir.  Demək olar,  istənilən evdə eyni problem yaşanır. Belə şəraitdə, məktəblilərlə yanaşı valideynləri də işə gecikirlər.

Azedu.az xarici KİV-ə istinadən yaranan problemi aradan qaldırma yollarını təqdim edir:

İşlərinizi əvvəlcədən planlayın

Dərsə gecikməmək üçün görəcəyiniz işləri bir gecə əvvəldən planlayın. Bunu edərkən uşaqların yaş hədlərini də nəzərə almaq lazımdır.

Böyük məktəblilərin görüləcəklər siyahısına geyinmək, yuyunmaq, qidalanmaq, yemək hazırlamaq və s. kimi işlər olduğu halda azyaşlılarda vəziyyət bir az fərqlidir. Belə ki, onların siyahısına yalnız təkbaşına görə biləcəyi işlər daxil edilməlidir.

Zəruri işlərə üstünlük vermək

Mütəxəssislər zəruri işlərə üstünlük verilməsini məsləhət görürlər. Bəs zəruri işlərə nələr aiddir?

Şagirdin məktəblinin formasını geyinib, yeməyini yeyib və dişlərinin fırçalayaraq dərsə hazır olmadan məktəbə getmək olmaz. Bu 3 iş məktəbə gedərkən görüləcək zəruri işlər siyahısında ilk sıradadır.

Vizual xatırladıcılardan istifadə et

Bəzi uşaqlarda  görmədən heç nəyi xatırlaya bilmirlər. Belə vəziyyətdə onlara kiçik xatırladıcılarla kömək edə bilərik. Məsələn, yatağının yanına geyinməsi və çantasını yığması ilə bağlı, yaxud da hamamda dişlərini fırçalaması ilə bağlı kiçik işarələr verə bilərik. Bir müddətdən sonra bu zəruri işlər artıq onda vərdiş halına gələcək.

Sakit davranın

Vəziyyət gərginləşdikdə valideyinlər aranı yumşaltmağa çalışmalıdırlar.  Bu valideyn-övlad münasibətlərinə də müsbət təsir göstərir.  Bunun üçün bir neçə üsuldan istifadə etmək olar.

Əsas  məsələ, sakit səs tonuyla və tələblərinizi açıq formada bildirməkdən ibarətdir.

Bu üsullardan istifadə etsəniz bir müddətdən sonra hər şeyin yoluna düşəcək.