Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-26 09:08:00
Hansı müəllimlərə stavkalarının 70 %-i miqdarında əlavə haqq ödənilir? – Vacib cavab

 

 Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bəzilərində başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplayan 85 namizəd iştirak edib.

AzEdu.az müsahibədə namizədlərə əmək qanunvericiliyi, təhsil işçilərinə əlavə haqların ödənilməsi ilə bağlı verilə biləcək sualların cavablarını mütəmadi olaraq təqdim edir.

Müsahibə zamanı namizədlərə verilə biləcək əsas suallardan biri də belədir:

-Hansı müəllimlərə stavkalarının 70 %-I miqdarında əlavə haqq ödənilir?

Cavab:

Orta ümumtəhsil müəssisələrində və internat məktəblərdə şagirdlərlə Fiziki tərbiyə üzrə sinifdənkənar işlərin aparılması həvalə olunan müəllimə bir müəllim stavkasının 70 %-i miqdarında əlavə haqq ödənilir. Amma bunun üçün öncə siniflərin sayı 30 və daha çox olmalıdır.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları