Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-26 09:00:00
Milli Məclisin Elm və təhsil komitəsi necə işləyir? - Ekspertlə jurnalistin mövqeyi

Milli Məclisin 15 komitəsi fəaliyyət göstərir ki, hər komitənin də üzərinə düşən öhdəliklər var.

Bir çox qanun layihələri komitələrdə deputatların və ictimaiyyət nümayəndələrinin ixtiyarına verilir. Bu zaman müxtəlif fikirlər  dinlənilir və ictimiayyət nümayəndələrinin təklifləri nəzərə alınır. Komitələrdə müzakirələrə çıxarılan qanun layihələri geniş müzakirələrdən sonra plenar iclasa tövsiyə olunur.

Modern.az saytı Milli Məclisdə fəaliyyət göstərən komitələrin əhəmiyyətini nəzərə alaraq, onları ayrı-ayrılıqda qiymətləndirməyə çalışıb.


İlk olaraq Milli Məclisin Elm və təhsil komitəsinin fəaliyyətini təhsil eksperti və mətbuat nümayəndəsi qiymətləndirib.


Ötən 4 il ərzində Elm və təhsil komitəsi hansı işləri və necə həyata keçirib?


Ekspert Etibar Əliyevin sözlərinə görə, Milli Məclisin Elm və təhsil komitəsi son 4 il müddətində  bir neçə qanun layihələrinin qəbul edilməsində iştirak edib:


“Elm və təhsil komitəsinin fəaliyyətini mütəmadi olaraq izləyirəm. Bu müddət ərzində xeyli qanun layihələri qəbul olunub. “Məktəbəqədər təhsil haqqında”  və  “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihələri mövcud və əlaqəli qurumlarla birgə iş aparmaqla qəbul olunub. Həmçinin, “Elm haqqında” qanun layihəsi də qəbul olunub. Bu işlər komitənin işgüzarlığından xəbər verir. Həmin qanunların praktikada tətbiqinin hansı formada olması isə başqa mövzudur”.


Təhsil eksperti bildirib ki, komitənin İşçi qrupu ilə birgə qanunların müzakirəsində iştirak edib:


“Qanunların müzakirəsi zamanı İsa Həbibəylinin fəaliyyətinə diqqət etmişəm. Çünki iştirak etməklə yanaşı, həm də müşahidəçi olmağım da vacibdir. Onu deyə bilərəm ki, komitə sədri olaraq İsa Həbibbəyli QHT-lə, ekspertlərlə çox yaxşı münasibət qurmağı bacarır. Ona görə də  Elm və təhsil komitəsinin işindən təhsil eksperti kimi razıyam. Həmin iclaslarda vətəndaş cəmiyyəti nümayəndələri yüksək səviyyədə təmsil olunur, təkliflərimiz nəzərə alınr. Hazırda “Ali təhsil haqqında” qanun layihəsi müzakirəyə verilib. Düşünürəm ki, layihənin müzairəsi zamanı ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərinə də yer veriləcək və normal qanun layihəsi ortaya çıxacaq”.


Etibar Əliyev komitənin fəaliyyətindən danışarkən  bir məsələnin də müzakirəyə çıxarılmasını vacib sayıb:


“Bildiyiniz kimi, məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyəti orqanlarına verilməsi Milli Məclisin səlahiyyətlərindən kənar formada həyata keçirilib. Bu, Nazirlər Kabinetinin qərarı ilə gerçəkləşdirilib. “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi qəbul olunanda da bu məsələ gündəmə gəldi. Təəssüf ki, hələlik öz həllini tapmayıb. Hesab edirəm ki, Milli Məclisin Elm və təhsil komitəsi  məktəbəqədər təhsil müəssisələrininyenidən Təhsil Nazirliyinə tabeliyinə verilməsi  ilə bağlı  müəyyən təşəbbüslə çıxış edə bilər. Ümid edək ki, bu məsələ ilə bağlı komitə üzvləri təkliflər səsləndirəcək”.


“Azərbaycan müəllimi” qəzetinin müxbiri Ruhiyyə D
aşsalahlı isə komitənin fəaliyyətindən o qədər də razı deyil:


“Komitə sədri ilə müsahibə etmək istəmişəm, ancaq vaxtının olmadığını və “sualları yaz, göndər” deyib. Sualları yazıb göndərsəm də, cavab gəlməyib”.


Ruhiyyə Daşsalahlı komitədə bir nəfərdən razılığını da gizlətməyib:

“Elm və təhsil komitəsindən həmişə suallarıma Bəxtiyar Əliyev cavab verib. İstənilən zaman suallarımı cavablandırır, hələ ondan  “yox” cavabı almamışam. Belə bir təklif də səsləndirmək istəyirəm. İsa Həbibbəylini çıxarıb komitə sədri Bəxtiyar Əliyevi qoysunlar. Çünki Bəxtiyar Əliyev həm yaxşı danışır, həm nitqi səlisdir, həm də fəaldır”.