Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-05 14:35:19
15 000 tələbə Avropanı pulsuz gəzəcək- YENİ LAYİHƏ

Avropa Birliyinin yeni “DiscoverEU” layihəsi 18 yaşlı 15 000 gəncə Avropa ölkələrinə pulsuz səyahət etmək imkanı verir.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, münsiflər tərəfindən seçilən gənclər birliyə üzv olan 28 ölkədə  bir aya qədər qatar, avtobus, hətta təyyarədən belə heç bir ödəniş etmədən istifadə edə biləcəklər. Layihədə iştirak edəcək hər gənc Avropanın 28 ölkəsindən 4-nü seçə bilər. İştirak etmək istəyənlər gələn ay iki həftə boyunca Avropa Gənclik Portalı  vasitəsilə qeydiyyatdan keçə biləcəklər. İlk mərhələdə 15 000 şəxs seçiləndən sonra, əldə olan büdcəyə uyğun olaraq ikinci qeydiyyat müddətinin də açılacağı planlaşdırılır. Avropa Birliyindən verilən açıqlamaya görə proqramın məqsədi gənclərin dünyanın mədəni irsini öyrənməsi, müxtəlif insanlarla əlaqə qurması, Avropanı birləşdirən dəyərləri müəyyənləşdirməsidir.

Layihəni həyata keçirmək üçün 12 milyin avro büdcə ayrılıb.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları