Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-25 15:43:00
Plagiat faktı alimi elmi addan məhrum edə bilər? - Qanundan çıxarış  

Yüksək elmi nəticələr əldə etmək üçün elmi dərəcə və adların verilməsi olduqca vacibdir.

AzEdu.az hansı şəxslərə elmi adların verilməsinin vacib olduğunu təqdim edir.

Azərbaycan Respublikasında elmi dərəcələr elmi müəssisələrdə və ali təhsil müəssisələrində ali attestasiya orqanı tərəfindən yaradılan dissertasiya şurasının vəsatəti, elmi adlar isə elmi müəssisələrin, ali təhsil müəssisələrinin elmi şuralarının vəsatəti əsasında ali attestasiya orqanı tərəfindən verilir.

Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların verilməsi qaydaları və şərtləri  və “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 Azərbaycan Respublikasında elmi müəssisələrdə və ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahəsində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə edən, lakin elmi dərəcəsi olmayan elmi və pedaqoji kadrlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dosent və professor elmi adları verilir.

 Elmi müəssisələr və ali təhsil müəssisələri fəxri professor (fəxri doktor) adı vermək hüququna malikdir. Fəxri professor (fəxri doktor) adının verilməsi qaydaları və şərtləri elmi müəssisə və ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

Qeyd edək ki, elmi dərəcələr və elmi adlar ömürlük verilir. Elmi dərəcələrdən və elmi adlardan məhrumetmə elmi etikanın, müdafiə prosedurunun pozulduğu və plagiat faktının aşkar edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları