Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-25 14:58:00
Peşə məktəblərində işləmək istəyənlərin sənəd qəbulu yekunlaşdı

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, uyğun namizədlər sentyabrın 25-dək müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müsahibələrin sentyabrın 26-dan 30-dək təşkili nəzərdə tutulur.

Yekun nəticələr oktyabrın 1-də elan ediləcək.