XƏBƏRLƏR

25.09.2019 13:58
Gənc alimlərimiz Almaniyada oxuya bilərlər – Əla şans  

Berlin Nümayəndələr Palatasının tədqiqat fondu gənc alimlər üçün təqaüd proqramı elan edir.

AzEdu.az xəbər verir ki, Fransa, Böyük Britaniya, ABŞ və  Postsovet ölkələrin gənc alimləri təqaüd proqramına müraciət edə bilər. 

Təqaüd proqramında iştirak etmək üçün son müraciət tarixi  15 dekabr  2019-cu ildir.

 Berlin Nümayəndələr Palatasının maliyyələşdirdiyi təhsil fondu kirayə xərclərini də qarşılayır.

Təqaüd proqramı haqqında ətraflı məlumat üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz: 

https://www.parlament-berlin.de/de/Das-Parlament/Studienstiftung

Qeyd edək ki,  Almaniya Federativ Respublikasının Berlin Nümayəndələr Palatasının Maliyyələşdirdiyi Təhsil Fondu 1994-cü ildə yaradılıb. Fond II Dünya müharibəsindən sonra Fransa, İngiltərə, ABŞ, Rusiyadakı digər dövlətlər ilə çoxşaxəli dostluq münasibətləri qurmaq və inkişaf etdirmək məqsədilə yaradılıb. “Die Studienstiftung des Abgeordnetenhauses von Berlin” gənc alim və tələbələr üçün təqaüd proqramını maliyyələşdirir. Qrantlar müxtəlif ixtisaslar üzrə akademik nailiyyətlər, aktiv ictimai fəaliyyət kimi kriteriyalar üzrə verilir. 10 ay davam edən layihə müddətində qaliblər tədqiqat sahələrini yalnız beynəlxalq perspektivdə deyil, eləcə də Berlinin ictimai, mədəni, sosial-siyasi həyatında da təcrübədən keçirirlər.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu