Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-25 09:08:00
Müəlliminə ən çox maaş verən ölkələr – Təəccübləndirici rəqəmlər

 

Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmirlər.

Müəllim aldığı məvacibdən asılı olmayaraq peşəsini, işini, şagirdləri sevməlidir.

Xatırladaq ki, sentyabrın 1-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Bəs dünya miqyasında müəllimlərə ən çox maaş verən ölkələr hansılardır?

AzEdu.az xarici mediaya istinadən müəllimlərə ən çox maaş verən ölkələri təqdim edir:

Avstraliyada 1-ci dərəcəli müəllim aylıq ortalama 2500 dollar qazanc əldə edir. Bu ölkədə müəllimlərin pensiya yaşı 55-dir. Onlar üçün  endirim imkanları və heç bir əlavə güzəştlər nəzərdə tutulmayıb.

Fransada təcrübəçi  1100 dollar, 30 illik müəllim isə 2500 dollar maaş alır. Bu məbləğ 26 saat dərs yükünün qarşılığında verilir. Pensiya yaşı  60-dan yuxarıdır.

Almaniyada ümumtəhsil məktəblərində işləyən müəllimlərə orta hesabla 3,5 min avro əmək haqqı verilir. Ali məktəbdə çalışan müəllimlərə isə orta hesabla 4-4,5 min avro əmək haqqı alırlar.

Böyük Britaniyada  aparıcı müəllimlərin maaşı 5000 dollardır. Əlavə dərs üçün heç bir ödəniş edilməməklə yanaşı, ixtisasa görə xüsusi güzəştlər də tətbiq olunmur. Böyük Britaniyada müəllimlər gündəlik olaraq plan yazırlar. Hətta valideynlər üçün də gündəlik hesabatlar hazırlayırlar.

ABŞ-da müəllimlərin əmək haqqısı orta hesabla 4-5 min dollar təşkil edir.Bu ölkədə müəllimlik qadın peşəsi olaraq tanınır.

Yaponiyada müəllimlərin aylıq əmək haqqısı 2,5-500 dollar təşkil edir. Bu ölkədə müəllimlik ən nüfuzlu peşə hesab edilir. Yaponiyada pedaqoji sahədə ən azı bakalavr təhsili olan şəxslər Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək müəllim işləmək üçün lisenziya alırlar. İmtahandan uğurla keçən müəllimlər isə əyalətin ( prefekt) təhsil idarəsinə sənəd verirlər. 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları