Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-24 14:00:00
Vurğun Əyyubla vida mərasimi bu saatda keçiriləcək –Məkan  

Ləğv edilmiş  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olmuş Vurğun Əyyub bir qədər öncə vəfat etdi.

AzEdu.az xəbər verir ki, Vurğun Əyyubla  vida mərasimi bu gün saat 4-də keçiriləcək. Cənazə yaşadığı mənzilin qarşısından qaldırılacaq.

Mərhum Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında bu gün dənf olunacaq
Məlumat üçün bildirək  ki,  Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, bina 29/42A (Məhəmməd Hadi küç., 2-ci kvadratla üzbəüz bina) ünvanında yaşayırdı.
Qeyd edək ki, V.Əyyub uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi...

Ayşə Müseyib