Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-24 10:24:18
Cəmi bir məktəbin heç bir məzunu universitetə qəbul ola bilmədi - Ən uğurlular  

2018-ci ildə keçirilən qəbul imtahanlarında  Bakı şəhəri 140 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 1.30%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 63.58%-dir.

Qəbul imtahanlarında Bakı üzrə 310 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 140 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

79 saylı tam orta məktəbin abituriyentlərinin I-IV qruplar üzrə topladığı orta bal 100-dən aşağıdır.

Respublika üzrə yaxşı məktəblərin sırasına şəhərin 58, 62, 72, 92, 107, 189-190, 220, 261, 294, 314 saylı və Ümid qəsəbəsi tam orta məktəbləri, 70 saylı məktəb-liseyi, 291 saylı “Ekologiya” liseyi, 287 saylı “Zəkalar” liseyi, 160 saylı klassik gimnaziya və Texniki humanitar lisey daxil olub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları