Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-23 13:09:00
“Hüququn fəlsəfəsi” monoqrafiyası çapdan çıxıb

AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Əntiqə Paşayevanın “Hüququn fəlsəfəsi” monoqrafiyası "Avropa" nəşriyyatında çapdan çıxıb.

AzEdu.az xəbər verir ki, Fəlsəfə İnstitutundan verilən məlumata görə monoqrafiyada hüququn fəlsəfəsi və hüquq elmi, o cümlədən hüquq və dövlət, hüquq və əxlaq, hüquq və siyasət, hüquq və din, hüquq və mədəniyyət kimi mühüm mövzular, bunların arasında olan uyğun və fərqli cəhətlər hüquqşünas filosofların nəzəriyyəsinə əsasən həm fəlsəfi və həm də hüquqi aspektdə tədqiq olunub.

Əsər rus dilində Ukraynanın “Sobornost” nəşriyyatında 2019-cu ilin ilk aylarında nəşr edilib. Monoqrafiyaya ukraynalı professorlar rəy veriblər.

Vəsait ali təhsil müəssisələrinin müəllimləri və tələbələr üçün nəzərdə tutulub.