Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-23 11:32:00
 Azərbaycanda dörd günlük iş rejimi tətbiq edilə bilərmi - professor açıqladı

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, bunun üçün insan kapitalı ilə əlaqədər olan iqtisadiyyatın payı kəskin artmalıdır

Elşad Məmmədov: “İxtisarlar aparmaqla buna nail olmaq qeyri-mümkündür”.

Az.Edu.az xəbər verir k, yaxın günlərdə Rusiya Sosial Müdafiə Nazirliyində dördgünlük iş həftəsinin “pilot buraxılışı”nın müzakirəsiylə bağlı toplantı keçirilməsi planlaşdırılır. Bu cür ekperimentlərin əmək məhsuldarlığının artırılması üzrə milli layihənin bir hissəsi olan müəssisələrdə aparılması nəzərdə tutulur. Bu haqda məlumatı İqtisadi İnkişaf  Nazirliyinin müavini Pyotr Zaselski verib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, bu proseslər insan kapitalına yönəlik iqtisadiyyatın önə çıxması ilə bağlıdır: “Bütün dünyada bu məsələ aktuallaşır. Ancaq bunun üçün insan kapitalı ilə əlaqədər olan iqtisadiyyatın payı kəskin artmalıdır. Əks təqdirdə, ixtisarlar aparmaqla buna nail olmaq qeyri-mümkündür. Hesab edirəm ki, postsovet məkanında milli iqtisadiyyatlar hələ buna hazır deyil”.