XƏBƏRLƏR

21.09.2019 20:21
“AzScienceNet” şəbəkəsinə 18 təhsil müəssisəsi qoşulub

“EaPConnect” layihəsi çərçivəsində 18 təhsil müəssisəsi “AzScienceNet” şəbəkəsinə qoşulub.

AzEdu.az  xəbər verir ki, bunu AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində cari ildə görülmüş işlərə dair çıxışı zamanı deyib.

İnstitutdan  bildirilib ki, direktor müavini AMEA ilə Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. O qeyd edib ki, AMEA-nın elmi-tədqiqat müəssisələri ilə yanaşı, artıq ölkənin 18 təhsil müəssisəsi də institutun “AzScienceNet” şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə edib.

Təhsil Nazirliyinin “AzEduNet” şəbəkəsinin “AzScienceNet” şəbəkəsinə inteqrasiyası istiqamətində işlərin genişləndirildiyini söyləyən Rəşid Ələkbərov təklif olunan 1 Gbit/san internet trafikdən 700 Mbit/san sürətin “AzEduNet” şəbəkəsinə təqdim olunduğunu diqqətə çatdırıb. Direktor müavini ümumilikdə təklif olunan 1Gbit/san trafikin 80 faizə qədərinin səmərəli istifadə olunduğunu vurğulayıb.

Rəşid Ələkbərov “EaPConnect” layihəsi çərçivəsində GEANT təşkilatının nümayəndələri ilə hesabat xarakterli görüşlərin keçirilməsi və yeni şəbəkə avadanlığının alınması istiqamətində aparılan müzakirələrdən də söz açıb. O, “EaPConnect” layihəsi çərçivəsində telekommunikasiya avadanlığının alınması üçün tender sənədlərinin hazırlandığını deyib.

İlin gənc müəllimi-Müraciət formu