XƏBƏRLƏR

20.09.2019 15:50
İmadəddin Nəsimiyə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, noyabrın 14-dən 17-dək “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Beynəlxalq konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix, Şərqşünaslıq və Elm Tarixi institutlarıdır.

Tarix İnstitutundan AzEdu.az-a bildirilib ki, konfransın materialları çap olunacaq. Məruzələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və oktyabrın 30-dək Təşkilat Komitəsinə göndərilməlidir.

Məqalələrin həcmi 10 səhifədən artıq olmamalı və elektron variant [email protected] ünvanına göndərilməlidir. Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

İlin gənc müəllimi-Müraciət formu