Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-20 13:35:00
Nobel mükafatı laureatlarının adları nə vaxt açıqlanacaq?

7-14 oktyabr tarixlərində 2019-cu il üzrə Nobel mükafatı laureatlarının adları elan olunacaq.

 AzEdu.az xəbər verir ki, TED.az-ın İsveçrə Akademiyasına istinadən verdiyi məlumata görə, mükafat həftəsi oktyabrın 7-də tibb və ya psixologiya sahəsi üzrə qalibin elanı ilə başlayacaq.

 Oktyabrın 8-də Fizika, 9-da isə Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq. 

 Oktyabrın 10-da 2018 və 2019-cu illər üçün Ədəbiyyat üzrə Nobel mükafatçılarının adları məlum olacaq.

 Oktyabrın 10-da Sülh, oktyabrın 14-də İqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

 Qeyd edək ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatı təqdim edilməyib.