XƏBƏRLƏR

20.09.2019 10:15
“Pulluda” oxuyanlar “pulsuzları” bu qədər qabaqlayır  

2018-ci ildə keçirilən qəbul imtahanlarında ümumilikdə ödənişli təhsil forması üzrə qəbul olanların sayı dövlət sifarişi əsasında qəbul olanların sayından 2,3 dəfə çox olub.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası və Bakı Musiqi Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrində ödənişli təhsil forması üzrə tələbə qəbulu üstünlük təşkil edib.

Abituriyentlər Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Biznes Universiteti, Bakı Qızlar Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına yalnız ödənişli təhsil forması üzrə qəbul olublar.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu