XƏBƏRLƏR

19.09.2019 15:50
Müsahibədə direktor namizədlərə sinif jurnalı barədə veriləcək suallara - CAVAB

Dünən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi başlanıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizədin iştirakı nəzərdə tutulub.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlər üçün sinif jurnalı barədə veriləcək suallar və onlara cavabı təqdim edir:

Sual:

-Sinif jurnallarının aparılmasına kim nəzarət edir?

-O, kimlər tərəfindən aparılır?

-Məktəbdə nə qədər saxlanılır?

-Sağlığında problem olan, uzun müddət dərsdə iştirak edə bilməyən şagirdlərin nəticələri jurnalda necə qeyd edilir?

Cavab:

AzEDu.az məlumat verir ki, jurnal dövlət sənədidir, onun aparılması hər müəllim və sinif rəhbəri üçün məcburidir. Sinif jurnalının iki növü mövcuddur: I-IV siniflər və V-XI siniflər üçün.

Məktəbin direktoru və onun təlim-tərbiyə işi üzrə müavini sinif jurnallarının saxlanmasını  təmin  edir  və  onun  aparılmasının  üzərində  müntəzəm  nəzarəti həyata keçirir.

Sinif jurnalı bir dərs ili üçün nəzərdə tutlur və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərfindən təsdiq edilmiş forma üzrə hər sinif üçün ayrıca aparılır.

O, şagirdlər məktəbi bitirdikdən sonrakı 5 il müddətinə saxlanılır. Daha sonra “şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat” cədvəli çıxarılır və daimi saxlanılmaq üçün arxivə verlir.

Məktəbli uzun müddət xəstə olduqda onunla məşğələ evdə (sanatoriya, xəstəxanada da mümkündür) aparılır. Müəllimlər keçirilmiş məşğələlər barədə jurnalda xüsusi yapışdırlmış vərəqdə qeyd aparır və ya məşğələlər haqqında arayışa əsasən qeyd edirlər.

“Şagirdlərin fiziki hazırlılğının göstəriciləri” haqqında məlumat səhifələri Fiziki tərbiyə müəllimi tərəfindən doldurulur.

Qeyd edək ki, 21-23 avqust tarixlərində Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə, 28-30 avqust tarixlərində Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib. Növbəti rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edəcək.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu