Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-21 09:59:00
Gələn ildən etibarən 3 illik təhsil də mövcud olacaq – Direktor  

"Mərkəzin məqsədi gənc mütəxəssisləri iqtisadi  bazarın tələbatına hazırlamaqdır"

AzEdu.az xəbər verir ki, bu fikirlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov infoturda səsləndirib.

Mediaturda jurnalistlərin suallarını cavablandıran direktor yeni yaradılan Peşə Təhsil Mərkəzinin gələcək planlarından danışıb:

"Mərkəzin qısa və uzunmüddətli təhsil planı var.  Bu il üçün bir illik təhsil  mövcuddur. 2020-ci tədris ilindən etibarən 3 illik təhsil də mövcud olacaq. Bu isə artıq subbakalavr deməkdir. Yəni, gələn ildən etibarən məzunlarımız texniki ixtisaslar üzrə təhsillərini ali məktəblərdə davam etdirə biləcəklər. Dərsləri Koreyada təlim keçən 26 mütəxəssis tədris edir.

R.Xanlarov qeyd edib ki, bu istiqamətdə bir çox yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq qurulub. 73 müəssisə ilə görüş keçirilib, 20-dən çox memorandum imzalanıb".

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.