Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-19 11:10:00
Birinci sinif şagirdləri Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının bu il birinci sinifə qədəm qoyan və tələbə adı qazanan övladları Komitəyə gəlib, valideynlərinin çalışdığı kollektivlə görüşüblər.

DİDK-dən AzEdu.az-a verilən məlumata görə, uşaqlar valideynlərinin iş otaqları, kollektiv və rəhbərliklə tanış olublar, Komitənin binasını gəzib, ayrı-ayrı strukturların iş şəraitini izləyiblər.

Daha sonra balacalar Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüblər. Komitə sədri birinci sinifə gedənləri, tələbələri və onların valideynlərini yeni dərs ilinin başlanması, tələbə adının qazanılması münasibətilə təbrik edib, onlara gələcək həyatlarında və təhsildə uğurlar arzulayıb.

Sonda uşaqlara hədiyyələr təqdim edilib.