Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-18 13:55:00
“Rus bölmələrində Azərbaycan dilinin saatları artırılmalıdır!” – Şəmil Sadiq

Rus bölmələrində Azərbaycan dilinin saatları artırılmalıdır! Azərbaycanda rus və ya digər dillərdə tədris aparılan bölmələrdə Azərbaycan dilinə rəsmi olaraq 2 saat ayrılır. Bəli, ana dili üçün bu saat çox azdır. Və nəzərə alsaq ki, bu fənni tədris edən müəllimlər də buna ikinci xarici dil kimi baxıb, bir az da laqeyd yanaşdıqları təqdirdə öz uşağımız öz dövlətimizin çörəyin yeyib, suyun içib, ödənişsiz başqa dildə təhsil alıb, öz dilimizi bilməyəcək. Bu 2 saatı məhz rus dili və ədəbiyyatının saatları hesabına 5-6 saata qədər qaldırmaq zərürətdir. Bu yaxınlarda valideynlərimizdən birindən bu mövzuda ciddi şikayət eşitdim. Niyə 2 saat, bununla uşaq nə Azərbaycan dili öyrənəcək ki, dedi. Açığl çox sevindim, bu cür iradı birinci dəfə eşidirdim…

O ayrı məsələ ki, deyəcəksiniz, həmin valideynin ürəyi belə yanırdı dilimizə, elə Azərbaycan bölməsinə qoyardı uşağını. Valideyn təhsil mütəxəsisi deyil və yanlış edə bilər və ya hansısa bir səbəbdən başqa bölməni seçə bilər. Amma gərəkdir ki, metodistlər neçə illərdir, bu məsələni qabardardılar. Düzdür, Təhsil Qanununda “Azərbaycanda başqa dildə təhsil verən məktəblər, hökmən Azərbaycan dili, tarixi, coğrafiyasını tədris etməlidir” yazılıb. Lakin bunun miqdarı göstərilməyib. Azərbaycan bölmələrində rus dili necə tədris edilirsə, rus bölməsində də Azərbaycan dili o məsuliyyətlə tədris edilir müəllimlərimiz tərəfindən.

Birmənalı şəkildi deyim ki, 2 saat çox azdır. Həm də çox. Üstəgəl dərsliklər də adətən qrammatika yüklü hazırlandığından dil öyrənmə çox zəif olur. Rus bölməsində təhsil alan şagirdlər, adətən, öz dilimizdə danışmağı bacarmır və ən ağrılısı isə, bu dildə danışmağı ar bilir bəzən. Əlbəttə ki, burda birinci günahkar ailədirsə, ikinci günahkar valideyndir. Ən azından evdəki danışığı daima ana dilində aparmalıdır.

Ümid edirəm, bu məsələ yaxın gələcəkdə öz həllini tapar.

Şəmil Sadiq