Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-18 13:40:00
Dilçilik İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

AMEA-dan AzEdu.az-a bildirilib ki, vakant yerlər institutun Terminologiya, Tətbiqi dilçilik, Hind-Avropa dilləri, Sosiolinqvistika və psixolinqvistika, Qədim dillər və mədəniyyətlər, Kompüter dilçiliyi şöbələrinə müdir, Tətbiqi dilçilik şöbəsinə aparıcı elmi işçi, Müasir Azərbaycan dili şöbəsinə isə böyük elmi işçi və elmi işçi vəzifələrinə 1 yerdir.

Müsabiqədə filologiya üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, bu gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.