XƏBƏRLƏR

04.05.2018 15:00
Diaqnostik qiymətləndirilmədə iştirak edəcək müəllimlər - DİQQƏTLİ OLUN!

“2014-cü ildən etibarən, ölkənin 4472 orta ümumtəhsil məktəblərində çalışan 151 min müəllimdən 142 mini Müəllimlərin Diaqnostik Qiymətləndirilmə imtahanlarına cəlb olunub. Təəssüf ki, bu qədər müəllimdən 45 faizinin nəticələri ürəkaçan olmayıb”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, Müəllimlərin Diaqnostik Qiymətləndirilmə imtahanının nəticələri, həm də onların əməkhaqqına, dərs saatlarına təsir göstərir:

“Müəllimlər tədris ilinin başlanmasında dərs bölgüsü zamanı imtahan nəticələri ilə dərs saatlarına sahib olurlar. Bu da müəyyən müəllimlər arasında narazılıq yaradıb. Təhsil Nazirliyi də, 2014-2017- ci ilərdə DQ imtahanında iştirak edən və az bal toplayan müəllimlərə öz ballarını artırmaq üçün yenidən şans verib. Amma ciddi məsələ budur ki, müəllimin indiki nəticəsi əvvəlki nəticədən az olsa, son imtahan nəticələri əsas götürüləcək. Ona görə də, müəllimlər yenidən imtahanda iştirak etmək hüququnu diqqətlə düşünüb qərar qəbul etməlidirlər. Əgər onlar bu müddət ərzində bilik və bacarıqlarını artırıblarsa, öz üzərlərində işləyiblərsə, o zaman yenidən DQ imtahanında iştirak edə bilərlər. Bu imtahanda iştirak etmək məcburi deyil”.

Qeyd edək ki, cari ilin mayında Təhsil Nazirliyi tərəfindən müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə aşağıda adıçəkilən kateqoriyaya aid şəxslər iştirak edə bilər:
- əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər;
- gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;
- direktor, direktor müavinləri;
- məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar;
- yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar.

 

 

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu