Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-18 10:55:00
Yeni tədris ili üçün bu sayda dərslik nəşr hüququ alıb - Rəsmi rəqəmlər

Ötən tədris ilində təhsil müəssisələrində istifadə edilmək üçün nəzərdə tutulan tədris vəsaitlərinin yoxlanılması və onlara qrif (nəşr hüququ) verilməsi prosedurları həyata keçirilib. 

AzEdu.az xəbər verir ki, qrif  hüququ  verilmiş təhsil vəsaitlərinin təhsil pillələri üzrə ən çox sayı ali təhsil müəssisələrinə düşür.

Belə ki, ali təhsil müəssisələrinin 684 tədris vəsaitinə, ümumtəhsil məktəblərinin 238 tədris vəsaitinə, orta ixtisas təhsili müəssisələrinin 190 tədris vəsaitinə, peşə təhsili müəssisələrinin  isə 31 tədris vəsaitinə qrif hüququ verilib.

Məlumata əsasən, 2018-2019-cu tədris ilində 118 sayda metodik vəsait, 785 sayda fənn proqramı, 240 sayda isə dərslik nəşr hüququ alıb.

Qeyd edək ki, qrif (nəşr hüququ) verilmiş, eləcə də Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən tədris vəsaitləri barədə məlumatlar www.trims.edu.az internet səhifəsində yerləşdirilən vəsaitlərin məzmununa ümumi baxış sayı 4 milyona yaxın olub.